Millimizin üzvü ermənilərlə qarşılaşacaq

Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya"nın yoxlama oyunu keçirəcyi rəqibləri açıqlanıb. 

Newsport.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, yanvarın  22-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq komanda  5 yoxlama matçında qüvvəsini sınayacaq.  Rəqiblərdən biri Ermənistanın "Pünik" klubudur. Bu komanda ilə qarşılaşma fevralın 1-də keçiriləcək.

"Aleksandriya"nın Antalya hazırlığı zamanı digər rəqibləri isə "Botev" (Bolqarıstan), "Arka" (Polşa), "Çerno More" (Bolqarıstan) və "Vardar" (Makedoniya) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right