“Qarabağ”ın futbolçusu badminton turnirinin qalibi oldu Foto

“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsində keçirilən badminton turnirinə qatılıb.

Newsport.az xəbər verir ki, təcrübəli futbolçu yarışda qalib olub.

Fotosunu sosial şəbəkədə paylaşan “Kuba” ləqəbli oyunçu “kolleksiyam üçün daha bir kubok” yazıb.

Qeyd edək ki, hazırda istirahətdə olan "Qarabağ" mövsümün ikinci yarısına hazırlıq məqsədilə yanvarın 9-da Türkiyənin Antalya şəhərinə yollanacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right