Menecerlər vasitəsilə "Trabzonspor"a təklif olunan "Ərzurumspor"un qapıçısı İbrahim Şehiçlə bağlı yeni iddia ortaya atılıb.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bosniya və herseqovinalı qolkiperin Qaradəniz təmsilçisinə xəbər göndərdiyi bildirilib. 30 yaşlı qolkiperin münasib maliyyə şərtləri qarşılığında "Trabzonspor"da oynamağa hazır olduğu söylənilir.
Qeyd edək ki, Şehiç ötən mövsümün sonunda "Qarabağ"dan "Əruzurumspor"a keçib.