"Keşlə"dən Çinə

"Keşlə"nin fiziki hazırlıq üzrə məşqçisi Aleksandr Karakliçin klubdan ayrılma səbəbi müəyyənləşib. Newsport.az xəbər verir ki, serbiyalı mütəxəssis Çindən aldığı təklifi geri çevirə bilməyib.

Azərbaycanla müqayisədə, daha sanballı müqavilə təklifi Karakliçi 7 il çalışdığı Azərbaycandan getməsini şərtləndirib. Artıq "Keşlə" rəhbərliyindən də xeyir-dua alan mütəxəssis qış tətilindən birbaşa Çinə üz tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right