Rüfət Dadaşov özünü tanka bənzətdi: "Fasilə gücümü bərpa etməyə çox kömək etdi"

Almaniyanın məşhur "Bild" nəşri Azərbaycan milli komandasını futbolçusu Rüfət Dadaşovla bağlı yazı dərc edib. Newsport.az xəbər verir ki, "Dadaşpb "Proyssen"i yüksəltmək istəyir" başlıqlı yazıda 27 yaşlı hücumçunun rəfiqəsi Laurayla Abu-Dabidəki 30 dərəcədən artıq istidə iki həftəlik istirahətini tamamlayaraq, komandasının təmsil etdiyi Münsterə qayıtdığı qeyd olunub. 

Millimizin üzvünün komanda ilə məşqlərə başlayacağl, ideal formada, ikinci dövrəyə daha hazır olduğu bildirilib. 7 qolla III Bundesliqa təmsilçisinin bombardiri olan Rüfət də ikinci dövrəyə hazır olduğunu təsdiqləyib: "Fasilə ikinci dövrə üçün gücümü bərpa etməyə çox kömək etdi. İkinci dövrəyə tam hazıram. Zədədən sonra bərpa dönəmi önəmli idi. İndi tanklar yenidən doludu".

"Proyssen"də son qolunu noyabrın 11-i vuran Dadaşov növbəti matçın keçiriləcəyi yanvarın 6-nı gözləyir.

Xatırladaq ki. millimizin hücumçusu zədə səbəbindən komandasının son 4 qarşılaşmasından 3-ü buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right