Qriqorçuk "Astana"ya qayıtdı: "O, komandanı BƏƏ-yə toplanışa aparacaq"

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana” klubunun baş məşqçi məsələsinə tam aydınlıq gəlib. Newsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun prezidenti postunu tərk edən Sayan Hamitcanov Qazaxıstan mətbuatına ötən ilin avqustunda şəxsi işləri ilə əlaqədar ayrılmış baş məşqçi Roman Qriqorçuk geri döndüyünü bildirib:

"Qriqorçuk "Astana”nın baş məşqçisi qismində yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutacaq təlim-məşq toplanışında vəzifəsinin icrasına başlayacaq. Qriqori Babayan baş məşqçinin köməkçisi olaraq qalacaq. "Astana”nın baş məşqçi postuna namizəd göstərilən Nenand Lalatoviçi tanımıram. Kurban Berdıyevə gəlincə, onun namizədliyinə heç vaxt baxmamışıq. Qriqorçuk və Babayan kimi ixtisaslı məşqçilərimiz olduğu halda, yenisini axtarmaq nəyimizə lazımdır?”

Qeyd edək ki, 54 yaşlı Qriqorçuk ötən ilin mayında "Qəbələ”nin baş məşqçisi postunu tərk edərək, "Astana” ilə 2 illik müqavilə bağlayıb. Komanda son mövsüm çempion olaraq Avropa Liqasının qruöuna düşsə də, bu, baş məşqçi əvəzi olan erməni Babayanın rəhbərliyi altında əldə olunub. 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right