Adil Nağıyevin ardından "Zirə"də daha bir ayrılıq reallaşıb.
Newsport.az saytının məlumatına görə, kapitan Anar Nəzirov "qartallar"dan ayrılıb. Millimizin üzvü karyerasını "Qəbələ"də davam etdirəcək.
Qeyd edək ki, 33 yaşlı qolkiper 2015-ci ildən Bakı ətrafı qəsəbə təmsilçisində çıxış edirdi.