"Zirə" "Vorskla"nın hücumçusuna təklif göndərdi

Hücum xəttini gücləndirmək istəyən "Zirə" axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Bakıətrafı qəsəbə təmsilçisi "Vorskla"nın hücumçusu Nikolas Karekanı rənglərinə bağlamaq istəyir. "Qartallar" 21 yaşlı forvardın keçidi üçün onun müqaviləylə məxsus olduğu "Qremio" klubuna təklif ünvanlayıb. Tərəflər arasında danışıqlar müsbət tamamlansa və Kareka da "Zirə"yə gəlməyə müsbət yanaşsa, bu transfer baş tutacaq.

Gənc hücumçu 2018-ci ilin yayında Ukraynanın "Vorskla" klubuna 1 illik icarəyə verilib.

Braziliyalı futbolçu Avropa Liqasının qrup mərhələsində "Vorskla"nın heyətində "Qarabağ"la oyunların hər ikisində meydanda olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right