Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi qardaş ölkəyə 19 futbolçu ilə gedib. Legionerlər - Filip İvanoviç, Miloş Bosançiç, Marko Deviç və Saşa Stamenkoviç komandaya birbaşa Antalyada qoşulacaqlar. "Sabah" yanvarın 23-dək Antalyada təlim məşq toplanışında olacaq. Komanda toplanış çərçivəsində 4 yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, "Sabah" Antalyanın Lara bölgəsindəki "Titanik" otelində məskunlaşacaq.