Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin futbolçusu yenidən sabiq klubu “Neftçi”yə qayıdıb. 29 yaşlı qolkiper “ağ-qaralar”da 1,5 illik müqavilə imzalayıb.
Məmmədov ötən mövsüm də “Qəbələ”dən “Neftçi”yə üz tutub. Lakin paytaxt təmsilçisinin əvvəlki baş məşqçisi Tərlan Əhmədovla problemləri olduğu üçün “Qəbələ”yə qayıdıb.
Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Məmmədov “Qəbələ”yə 2017-ci ildə AZAL klubundan keçib.