“Qarabağ”ın kapitanı Rəşad Sadıqov "instagram" sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
Newsport.az-ın məlumatına görə, illərin təcrübəsi aprel döyüşlərində şəhid olan Raquf Orucovun oğlu ilə fotosunu paylaşıb.
36 yaşlı futbolçu paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.
Qeyd edək ki, bu şəkil Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Sportinq" matçından öncə çəkilib.
