"Bu oyun Azərbaycan çempionatının “El-klassiko”su" - Kanales

“Komandamızın çıxışından razıyam. Bu  oyun Azərbaycan çempionatının “El-klassiko”su  idi. Bu derbidə qələbə qazanan biz olduq. Ancaq “El-klassiko”da  azarkeş çox olmalıdır.  Azarkeşlərin azlığı bizə mənfi təsir etdi”.

Bu sözləri 
Newsport.az -a açıqlamasında “Neftçi” klubunun futbolçusu Nikolas Kanales “Xəzər Lənkəran”a qalib gəldikləri oyundan (2:0) sonra deyib.

Çilili hücumçu komandasının son vaxtlar uğursuz çıxış etməsinə toxunub:  

“Bundan əvvəlki oyunlarda da pis təsir bağışlamırdıq. Komandaya sadəcə bir qol lazım idi. Bu gün bunu bacardıq. Bundan sonra hərşeyin daha yaxşı olacağına inanıram”.

Təcrübəli futbolçu növbəti turda “Qəbələ” ilə qarşılaşacaqları oyun haqda da danışıb: “Qəbələ” ilə oyun həmişə bizə çətin olur. “Qəbələ” öz meydanında yaxşı oyun çıxış edir. Sıx qrafiklə oynayırıq. Dincəlmək üçün vaxtımız az olur. “Qəbələ” ilə matça maksimum hazırlıqlı omalıyıq". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right