"Keşlə"nin qış hazırlığı: üç rəqib məlum oldu

"Keşlə"nin qış hazırlıq planı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Tərlan Əhmədovun kollektivi hazırlığa Bakı şəhərində start verəcək. İkinci mərhələdə "ağ-qırmızılar" Türkiyənin Antalya mahalına yollanacaq. Yanvarın 12-dən start götürəcək ümumi hazırlıq mərhələsi yanvarın 26-na kimi davam edəcək.

Türkiyə toplanışı çərçivəsində "Keşlə" dörd yoxlama oyunu keçirməyi planlaşdırır.

Oyunların siyahısı aşağıdakı kimidir:

17.01.2019. Keşlə  Okjetpes (Qazaxıstan,1-ci liqa)

23.01.2019. Keşlə -  Konkordiya (Rumıniya, 1-ci liqa)

25.01.2019. Keşlə - Çertanovo (Rusiya, Moskva, MFL)

Paytaxt təmsilçisi yanvarın 20-də də oyun keçirməyi planlaşdırır. Lakin rəqibin adı məlum deyil."Keşlə"nin qış hazırlıq planı açıqlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right