Yunanıstanın PAOK klubunun müdafiəçisi Yevgeni Xaçeridi karyerasını Azərbaycanda davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu Macarıstan, Rumıniya və Azərbaycan klublarından təklif alıb. Ukrayna millisinin üzvünü almaq istəyən Premyer Liqa klubumuzun adı isə açıqlanmayıb.
Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var.
Qeyd edək ki, Xaçeridi PAOK-a yayda Kiyev "Dinamo"sundan keçib. Onun transfer qiyməti 2,5 milyon avro dəyərindədir.