"Neftçi"dən ayrılan futbolçu "Sumqayıt"a keçdi

"Neftçi”də daha bir ayrılıq reallaşıb.

Newsport.az xəbər verir ki, paytaxt klubu qapıçısı Rəşad Əzizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Millimizin üzvü karyerasını "Sumqayıt"da davam etdirəcək. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

Qeyd edək ki, 24 yaşlı əlcək sahibi ötən mövsümdən çıxış etdiyi "Neftçi”nin heyətində 21 oyun keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right