"Bəzi oyunçulardan ümumiyyətlə narazı qaldım"-Aqil Məmmədov

"Oyundan çox narazıyam. Bəzi oyunçulardan ümumiyyətlə narazı qaldım. Biz uduzmalı idik, sadəcə, bəxtimiz gətirdi". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın 21-ci turunda bərabərə qaldıqları "Bakı" ilə oyundan sonra (0:0) keçirilən mətbuat konfransında deyib. 

Bu görüşdə komandasının zəif təsir bağışladığını deyən təcrübəli mütəxəssis futbolçularla ciddi söhbət edəcəklərini bildirib: 

"Bakı"nı isə sərgilədiyi oyuna görə təbrik edirəm. Müdafiəçilər və qapıçıdan başqa bütün oyunçular dəyişilməli idi. Çox sayda oyunçumuz zəif təsir bağışladı. Yeni oyunçuların heyətə cəlb olunmasını mən də istəyərəm. Amma bunun üçün imkanların olması vacibdir. Hazırkı heyət üzvləri ilə ciddi söhbət mütləq olmalıdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right