"Fənərbaxça"nın transfer etmək istədiyi futbolçuların siyahısı müəyyənləşib.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, siyahıda Millətlər Liqasının sonuncu turunda millimizə üç qol vuran Kosovo yığmasının yarımmüdafiəçisi Arber Zeneli də var. "Herenven"in 23 yaşlı futbolçusunun "Fənərbaxça"ya keçməyə çox yaxın olduğu bildirilib. Ən pis halda onun İstanbul klubunun keçidinin yayda gerçəkləşəcəyi iddia olunub.
Bundan başqa, "Fənərbaxça"nın Sesk Fabregas ("Çelsi"),Burak Yılmaz ("Trabzonspor"), Tolgay Arslan ("Beşiktaş"), Mirin (PSV), Çalar ("Lester"), Qabriel Barbosla ("İnter") maraqlandığı vurğulanıb.