Rüfət Dadaşov: "Çıxışımızı yüksək qiymətləndirə bilmərəm"

Almaniyanın "Proyssen" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov III Liqasnın son turunda "Fortuna"ya 0:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, mövsümün ilk yarısı haqda danışan forvard komandanın çıxışının müsbət olmadığını deyib:

"İlk mərhələni geridə qoyduq. Bir neçə məğlubiyyətimiz oldu. Bu səbəbdən çıxışımızı yüksək qiymətləndirə bilmərəm. Bir qədər bəxtimiz də gətirmədi. Çünki hər xırda səhvdən sonra cəzalanırdıq. Bayram ab-havasında deyiləm. Qış fasiləsinə məğlub kimi yollanırıq. Artıq oyanmaq vaxtıdı".

Qeyd edək ki, Münster klubu III Bundesliqada 20 turdan sonra 29 xalla 7-cidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right