"Azərbaycan da çox asan rəqib olmayacaq"

"Həqiqətən də maraqlı qrupa düşmüşük. Macarıstanla derbini xüsusi qeyd edərdim".

Newsport.az-ın məlumatına görə, bu sözləri Slovakiya yığmasının futbolçusu Albert Rusnak AÇ-2020-in seçmə mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

Slovakiya mətbuatına müsahibə verən 24 yaşlı yarımmüdafiəçi Azərbaycan millisi ilə oyunların da asan olmayacağını bildirib: "Xorvatiya millisini hər kəs yaxşı tanıyır. Onlar qrupun favoritidir. Uels də buna iddialıdır. Azərbaycan millisi də çox asan rəqib olmayacaq. Düşünürəm ki, irəli getmək şansımız var. Qrupu ikinci pillədə başa vurmağa çalışacağıq".

ABŞ-ın "Real Solt-Leyk" klubunda çıxış edən Rusnak seçmə mərhələ oyunlarının hamısının bir təqvim ilinə salınmasını müsbət məqam kimi qiymətləndirib: "Seçmə mərhələ oyunlarının bir il ərzində keçirilməsi bir qədər çətin görünə bilər. Ancaq əvəzində o qədər də ciddi olmayan yoldaşlıq görüşləri keçirilməyəcək. Seçmə mərhələdə isə hamısı rəsmi və böyük önəm kəsb edən görüşlərdi. Bütün oyunlarda xallar uğrunda mübarizə gedəcək".

Xatırladaq ki, Slovakiya qrup mərhələsində Xorvatiya, Uels, Macarıstan və Azərbaycanla mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right