Ufuk Budak oynadı, “Boluspor” xal itirdi

Futbol üzrə Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Əskişəhərspor” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
 
Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
“Boluspor” hazırda 28 xalla 18 iştirakçı arasında 7-ci pillədədi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right