Millimizin sabiq forvardından məhsuldar ötürmə

Futbol üzrə Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunun məhsuldar ötürməsini də Yılmaz verib.

“Gənclərbirliyi” hazırda 41 xalla 18 kollektiv arasında 1-cidi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right