"Sumqayıt" iki futbolçusu ilə yollarını ayırdı

“Sumqayıt” klubu iki futbolçu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi qapıçı Orxan Sadıqlı və yarımmüdafiəçi Orxan Əliyevi komandadan göndərib. Sadıqlının başa çatan icarə müqaviləsinin artırılmamasına qərar verilib. Əliyevin isə mövsümün sonuna kimi nəzərdə tutulan anlaşmasına xitam verilib.

Orxan Sadıqlı müqavilə ilə məxsus olduğu “Keşlə” klubuna qayıdacaq. Qolkiperin paytaxt təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi mövcuddur.

Qeyd edək ki, hər iki futbolçu mövsümün gedişində əvvəli baş məşqçi Nazim Süleymanovun dönəmində komandaya cəlb olunub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right