"Səbail"in transfer planı

Ötən il "Səbail"ə transfer olan Tamaz Tsetxaladze cari mövsüm zədə səbəbindən forma şansı qazanmadı.

Newsport.az-ın məlumatına görə, klub onunla yolları ayırmaq niyyətində deyil. Məşqçilər korpusu gürcüstanlı müdafiəçinin gələcək vəd etdiyini düşünür. Baş məşqçi Aftandil Hacıyev gənc oyunçunun icarəyə verilməsinin tərəfdarıdır. Bu səbəbdən də 22 yaşlı futbolçu üçün "Səbail" klub axtarır. Tstetxaladze formasını bərpa etdikdən sonra yenidən "dəniçilər"ə dönəcək.

Qeyd edək ki, Gürcüstanın U-21 millisində çıxış etmiş futbolçu 2017-ci ildə "Qardabani" klubundan paytaxt təmsilçisinə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right