“Zirə”dən ayrılan futbolçunun yeni klubu müəyyənləşdi Təzminat ödəniləcək

“Zirə”dən ayrılmaq üzrə olan Adil Nağıyevin danışıq apardığı klubun adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, milli komandamızın müdafiəçisi Premyer Liqanın digər təmsilçisi “Sumqayıt” klubuna keçməyə yaxındır. Artıq futbolçu ilə klub arasında razılıq əldə olunub. “Gənclik şəhəri” təmsilçisi hazırda “Zirə” ilə danışıqlar aparır.

“Kimyaçılar” futbolçunu əldə etmək üçün “Zirə”yə təzminat ödəməlidirlər. Hazırda klublar arasında bu istiqamətdə davam edir.

Qeyd edək ki, “Sumqayıt”ın baş məşqçisi əvvəllər “Zirə”də çalışmış Ayxan Abbasovdur. Nağıyev baş məşqçi amilinə görə klubunu dəyişməyə qərar verib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right