Newsport.az-ın məlumatına görə, Ağdam klubu heyətdən iki futbolçunu göndərmək fikrindədir. Azərbaycana dönüşü uğurlu alınmayan İnnosent Emeqara "qara siyahı"ya düşənlər arasındadır. Klub rəhbərliyi Nigeriya əsilli isveçrəli forvardla müqaviləni pozmaq üçün danışıqlara başlayıb. Əgər 29 yaşlı futbolçunu razı salmaq mümkün olsa, yollar ayrılacaq.
Digər göndəriləcək futbolçu isə Konqo millisinin üzvü Con Delarjdır. Mövsümün əvvəlində "Bursaspor"dan 170 min avro qarşılığında transfer edilən 28 yaşlı forvard gözləntilərin altında qaldı.
Qeyd edək ki, cari mövsüm Emeqara 16 oyuna 5, Delarj isə 19 oyuna 2 qol vurub.