"Zirə"nin tarixində ən çox oyun keçirən (103) Adil Nağıyev gözlənilməz qərar verib.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi "Zirə"dən ayrılmaq qərarı verib. Millimizin üzvü klubdan getməyə qərar verdiyini və təklifləri dəyərləndirdiyini qeyd edib.
Nağıyevlə "Sumqayıt" yaxından maraqlanır. Hazırda "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə Adilin keçidini müzakirə edir.
Qeyd edək ki, Adil "Zirə"də 2015-ci ildən çıxış edir.
Sportal.az