Aqil Məmmədov "Qəbələ"ni "Neftçi"yə dəyişir?

Millimizin üzvü Aqil Məmmədov "Qəbələ"dən ayrıla bilər. Belə ki, 29 yaşlı əlcək sahibi sabiq klubu "Neftçi"dən təklif alıb.

Newsport.az saytına açıqlama verən Məmmədov hələ ki, keçidin rəsmiləşmədiyini deyib: "Konkret nəsə yoxdur. "Qəbələ"nin futbolçusuyam. Söz-söhbət var, amma rəsmi nəsə baş verməyib. "Neftçi"dən təklif var, amma ayrılmamışam. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək".

Qeyd edək ki, Aqil Məmmədov 2015/16 mövsümündə "Neftçi"də çıxış edib. Məmmədov ötən qış fasiləsində "Neftçi"yə transfer olsa da, daha sonra müəmmalı şəkildə klubdan ayrılıb "Qəbələ"yə dönmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right