"Neftçi"nin futbolçusundan Arif Əsədova jest

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində hazırda davam edən "Neftçi" - "Xəzər Lənkəran" matçında meydan sahiblərinin futbolçusu Samir Məsimov diqqət mərkəzinə düşüb. 

Newsport.az-ın məlumatına görə, komandasının ikinci qolunu vuran S.Məsimov sevincini qeyri-adi şəkildə bayram edib.

İkinci hissədə meydana daxil olan Məsimov qoldan sonra yenidən ehtiyat skamyaya gedərək orada əyləşib. Gənc futbolçu bu hərəkəti ilə baş məşqçisi Arif Əsədova jest edərək ehtiyat skamyada əyləşməyə layiq olmadığına işarə vurub.

Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" matçında meydan sahiblərinin üstünlüyü davam edir - 2:0. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right