"Bu gün canlı şahidi olduq ki, AZAL son iki oyunda təsadüfdən qələbə qazanmayıb. AZAL çox döyüşkən komandadır və bizə çətinlik yaratdı. Deyərdim ki, çox vacib 3 xal qazandıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdu. AZAL üzərində qazaılan qələbəni dəyərləndirən mütəxəssis rəqib haqda xoş sözlər söyləyib:
"Əgər bir xal qazansaydıq belə, bundan razı qalacaqdım. Tərlan yaxşı komanda formalaşdırıb. Çox arzulayıram ki, AZAL ən azından avrokuboklarda iştirak etsin".