"Üçüncü dövrəyə pis başlamışdıq. Bugünkü oyunda bizə mütləq qələbə lazım idi".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. Təcrübəli mütəxəssis "Xəzər Lənkəran" üzərində qazandıqları 2:0 hesablı qələbədən danışıb:
"Birinci hissədə çox qol epizodumuz var idi, istifadə edə bilmədik. İkinci hissədə dəyişikliklər edib, öz istəyimizə çatdıq. İkinci qoldan sonra daha rahat oynadıq. Nəhayət, qələbə qazanıb, qara zolaqdan çıxdıq".