"Qarabağ" Gürcüstanda 1/4 finala yüksəldi

“Qarabağ”ın 12 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda təşkil olunan “Bendela Cup” turnirində iştirak edir.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi qrupun son matçında "Kaspi"ylə qarşılaşıb və rəqibini 4:0 hesabıyla məğlub edib. Bu nəticə ilə "Qarabağ" qrupu lider tamamlayıb və 1/4 finala vəsiqə qazanıb. "Köhlən atlar" bu mərhələdə "Saburtalo"nun U-11 komandasıyla qarşılaşacaq.

Turnirdə "Qarabağ"la yanaşı, Gürcüstan və Qazaxıstanın komandaları da iştirak edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right