“Qəbələ” Macarıstan klubu ilə üz-üzə gələcək

“Qəbələ”nin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində növbəti rəqibinin adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Macarıstanın “MTK Budapeşt” komandası ilə üz-üzə gələcək. 

Budapeşt təmsilçisi Antalya toplanışı çərçivəsində 5 yoxlama görüşü keçirəcək və onlardan ikisi Azərbaycan təmsilçiləri olacaq. Komanda yanvarında 19-da “Sabah”, 26-da “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 13-dən 27-dək Antalyada qalacaq “Qəbələ” ayın 16-da Almaniyanın “Meppen”, 24-də isə Rusiyanın “Fakel” klubları ilə münasibətlərinə aydınlıq gətirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right