Qattuzo: "Bizi 8-ci pillədə olan komanda kimi tənqid edirlər"

"Milan"In baş məşqçisi Cennaro Qattuzo komandasına və özünə olunan tənqidlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis sərt tənqidlərə məruz qalmalarından razı olmadığını dilə gətirib:

"Rəhbərlik bizdən mövsümün sonunda Çempionlar Liqasına qatılmağımızı istəyir. Biz də indi çempionatda 4-cü yerdə gedirik. Ancaq insanlar bizi 8-ci pillədə olan komanda kimi tənqid edirlər".

Qeyd edək ki, Seriya A-da 27 xalla 4-cüdür. "Qırmızı qaralar" 17-ci turda "Fiorentina"nı qəbul edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right