“Neftçi” 90-a çatdı

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Neftçi” üçün əlamətdar olub. Newsport.az xəbər verir ki, Bakı klubunun “Sumqayıt”la səfər matçında əldə etdiyi 1:0 hesablı qələbə “ağ-qaralar”ın tarixinə yarışdakı yubiley uğuru kimi düşüb.
 
Bunadək 89 dəfə qalib gələn paytaxt təmsilçisi 90-cı qələbəsini qeyd edib. Bu göstəricidə ölkə rekordçusu olan “Neftçi” “90”a 157-ci qarşılaşmasında çatıb.
 
Komandanın hesabında 33 heç-heçə və 34 məğlubiyyət də var. 90 qələbədən 49-u evdə, 38-i səfərdə, 3-ü neytral meydanda əldə edilib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right