Amil Yunanov 40-a çatdı

“Keşlə”nin futbolçusu Amil Yunanov karyerasında 40-cı qolunu vurub.

 

Newsport.az xəbər verir ki, yubiley qolu Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununa (1:1) təsadüf edib. Amil bu qollardan 33-nü Premyer Liqa, 7-ni Azərbaycan kubokunda vurub.

 

Qol hesabını 2011/12 mövsümündə “Qəbələ”də çıxış etdiyi vaxt açan Yunanov “Sumqayıt”da daha çox fərqlənib. O, bu klubda 28 dəfə çempionat, 6 dəfə kubokda rəqib qapısına yol tapıb. “Keşlə”də 5-ci qolunu vuran hücumçu 4 dəfə Premyer Liqada fərqlənmişdisə, yeni klubunda ilk kubok qoluna sevinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right