"Neftçi"nin toplanışa başlayacağı tarix bəlli oldu

"Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt”la cavab oyunundan sonra istirahətə buraxılıb. Newsport.az xəbər verir ki, komanda üzvləri gələn il yanvarın 6-da bir araya gələcək. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək "ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcək.
 
Xatırladaq ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq "Neftçi" ayın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adı isə açıqlanmayıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right