"Neftçi"dən ayrılan futbolçu "Sabah"da - rəsmi

“Sabah” qış fasiləsində ilk transferini reallaşdırıb. 

Newsport.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Rəşad Eyubov bundan sonra "Sabah"ın uğurları üçün çalışacaq. 

26 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlanıb. Rəşad yeni komandasında 7 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, karyerası ərzində “Simurq”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”da oynamış Eyubovun son komandası “Neftçi” olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right