"Buna görə Azərbaycanla oyun Zaqrebdə keçiriləcək"

"Federasiyaya rəhbərlik etdiyim ilk dövrlərdə ev oyunlarını Split şəhərində keçirirdik. Biz həmişə orada oynamaq istəmişik" - bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib.
 
Federasiya rəhbəri keçirdiyi mətbuat konfransında AÇ-2020-nin seçmə mərhələsində ev oyunlarının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. O, yığmamızla oyunun paytaxt Zaqrebə salınmasına aydınlıq gətirib: "Split və Dalmaçiyanın  sakinlərinin millinin oyununa böyük maraq göstərdiyini görmüşük. Bu ideya mənə məxsus idi və müəyyən məqamlara əsaslanırdı. Lakin birdən-birə qəti qərar vermək olmaz. Məhz buna görə Azərbaycanla oyunun paytaxt Zaqrebdə keçirilməsinə qərar verdik. Azərbaycandan başqa daha 3 ev oyunumuz olacaq. Bu matçları Rieka, Pula və Osiyek şəhərlərində keçirməyi planlaşdırırıq. Digər variantlar da var".
 
Qeyd edək ki, Xorvartiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right