Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Newsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Ozan Can Kökcünün formasını geyindiyi “Girəsunspor” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Super Liqa təmsilçisi “Fənərbaxça” ilə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 2:5.
Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.