FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. Newsport.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Belə ki, Azərbaycan yığması 1206 xalla 107-ci pillədə qərarlaşıb.
Beləcə, milli komanda 2018-ci ili elə son aylarda qərarlaşdığı bu pillədə başa vurub.
İlk onluq isə belədi: 1. Belçika - 1727, Fransa - 1726, 3. Braziliya – 1676, 4. Xorvatiya – 1634, 5. İngiltərə - 1631, 6. Portuqaliya - 1614, 7. Uruqvay - 1609, 8. İsveçrə - 1599, 9. İspaniya - 1591, 10. Danimarka – 1589.
Qonşu Türkiyə yığması 39-cu pillədə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 1443 xal var.
Bu ayın ən yaxşı göstəricisi 3 pillə irəliləyərək 177-ci sıraya yüksələn Qayana yığmasına məxsusdu - 951 xal. Ən pis göstəriciyə isə 3 pillə geriləyən Barbados imza atıb – 998 xalla 162-ci yer.
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini 2019-cu ilin yanvar ayında açıqlayacaq.