Bu gün Türkiyə kubokunun 1/16 final mərhələsinin cavab matçında "Fənərbaxça"nın qonağı olacaq "Giresunspor" oyuna ciddi itkilərlə çıxacaq.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, aşağı dəstə təmsilçisinin heyətində 5 futbolçu zədə səbəbindən görüşü buraxacaq. Onların arasında 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökçü də var. Qasığındakı zədədən əziyyət çəkən gənc yarımmüdafiəçi müalicə üçün Hollandiyaya gedib.
Qeyd edək ki, ilk oyunda "Fənərbaxça" rəqibini 1:0 hesabı ilə məğlub edib.