"Qarabağ" və "Qəbələ" yarımfinalda Yenilənib

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Sabah" "Əlincə Arena"da ilk matçda 0-1 hesabı ilə uduzduğu "Qəbələ"ni qəbul edib. Oyun qonaqların 1-0 hesablı qələbəsiylə başa çatıb. Bu nəticə ilə "Qəbələ" yarımfinala yüksəlib.

Günün digər oyununda isə "Qarabağ" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Keşlə"nin qonağı olub. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə "Qarabağ"ı yarımfinala yüksəldib.


Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)


 

19:00. “Keşlə” – “Qarabağ” - 1:1
Qol: 
Amil Yunanov, 29 (1:0), Miçel, 50 (1:1)
İlk oyun: 0:1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”

16:00. “Sabah” – “Qəbələ” - 0:1
Qol:
Ceyms Adeniyi, 80
Qırmızı vərəqə: Erik Ramos, 84 ("Sabah")
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right