"Prezidentdən soruşun, mükafat mənə də maraqlıdı" "Zirə"nin legioneri

"Zirə"nin hücumçusu Aleksandr Dedov "Səbail"lə oyundan sonra jurnalistlərə müsahibə verib.
 
O, Newsport.az saytının da suallarını cavablandırıb:
 
- Oyunu özünüz üçün necə dəyərləndirəcəksən?
- Oyun bizim üçün çətin alındı. Çünki erkən qol buraxdıq. Amma düşünürəm ki, bu bizi daha da motivasiya etdi. Biz bu oyunu udmaq istəyirdik.
 
- Buraxılan qoldan sonra sanki daha yaxşı oynamağa başladınız..
- Çünki oyuna çıxıb qalib gəlmək istəyirdik. 0:0 və ya 1:1 haqda düşünmürdük. Məqsədimix qalib gəlmək idi. Hamı işinin öhdəsindən yaxşı gəldi. Komandanı təbrik edirəm.
 
- Mükafat olacaq?
- Hələ heç kim heç nə açıqlamayıb. Prezidentdən soruşun, mənim özümə də maraqlıdı.
 
- Hər oyun demək olar ki, Samit Abasov daha çox sənə qışqırır. Bu səni narahat edir, ya necə?
- O, öz göstərişlərini verir. Onun göstərişləri mənə köməl olur. Baş məşqçi nəyisə deyəndə, bu yaxşıdı. Bu məni daha motivasiya edir. O, düzgün edir, mən də dediklərini 100 faiz yerinə yetirməyə çalışıram.
 
- Yarımfinalda hansı rəqibi gözləyirsiz?
- Mənim üçün fərqi yoxdu. Həm Neftçi, həm də Sumqayıt yaxşı komandadı.
 
- Builki  çıxışınızı necə dəyərləndirirsən?
- Yaxşı keçirmədik. Hazırda liqada son pillədəyik. Indi hamı istirahət edəcək. Hər şeyi daha düzgün etməyə hazırlaşacağıq. Məqsədimiz avrokuboklara yollanmaqdı.
 
- Komandadan ayrılacağınla bağlı söz-söhbət gedir. Bu doğrudu?
- Mənim təklifim yoxdu. Olsa, danışacağıq. Maya qədər müqaviləm var. 
 
- Kuboku götürməyiniz realdı?
- Biz indi yarımfinaldayıq. Finala çıxmaq üçün yarımfinalı keçməliyik. Yarımfinalda hələ iki oyunumuz var. Ancaq istənilən halda kuboku götürməyimiz realdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right