Kamran Ağayev hakimlərə hücum çəkdi

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən ilk oyundan sonra “Keşlə” rəhbərliyi ilə hakimlər arasında gərginlik yaşanıb.

Newsport.az-ın məlumatına görə, "Keşlə" tərəfi qarşılaşmada hakim idarəçiliyindən narazı qalıb. Matçdan sonra komandanın kapitanı Kamran Ağayev PFL nümayəndələri ilə mübahisə edib. Daha sonra paltardəyişmə otağına gedərkən o, hakimlərin yer aldığı otağa gedib.

Bu zaman "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov ona mane olmağa çalışıb. Ancaq qapıçı istəyinə çatıb. Ağayev və Axundov bir neçə dəqiqə hakimlər otağında qaldıqdan sonra oranı tərk ediblər.

Qeyd edək ki, “Qarabağ”ın 1:0 hesabı ilə qalib gəldiyi bu oyunu gənc hakim Vüqar Həsənli idarə edib.

futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right