Ötən gün Topaz Premyer Liqasında 21-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, "Simurq" doğma arenada "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Saytımıza açıqlama verən "Simurq" klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev həmin oyunun çəkilişi ilə bağlı etdikləri yenilikdən danışıb: "Bu barədə bizə çox iradlar olurdu. Ümumiyyətlə, yayımda çox dəyişikliklər edəcəyik. Bildirdiyiniz kimi, ilk dəfə idi bunu etdik. Yaxın günlərdə canlı yayımda oyunun şərhi, loqo, hesablar, vaxt və başqa yenilklər olacaq. Çalışacağıq ki, bu məsələləri "Sumqayıt"la görüşədək həll edək".
Qeyd edək ki, ənənəvi olaraq, rəsmi sayt vasitəsi ilə evdəki matçı canlı yayımlayan Zaqatala təmsilçisi bu dəfə oyunun çəkilişini tribunalar olan yox, qarşı tərəfdən aparıb. Bu çəkiliş zananı isə qarşılaşmanı izləyən azarkeşlər də görünüb.