"Açığı, bunu gözləmirdik. Ağır oyun oldu. Zaqatalada "Simurq"la oynamaq həmişə çətin olur. İlk hissədə komandada bəziləri özünü itirdi. İkinci hissədə isə 10 nəfərlə istədiyimizi edə bilmədik.
Bu sözləri Newsport.az-a "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Simurq"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, "Neftçi" ilə oyun onlar üçün son şans olduqunu söyləyib:"Növbəti görüşümüz "Neftçi" ilədi. Bu bizim son şanslarımızdan biridi. Bu, oyunda da məğlub olsaq, komanda ilk 3 pillədən əlini üzə bilər. Çalışacağıq ki, "Neftçi" üzərində qələbə qazanaq".