Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Newsport.az-ın məlumatına görə, "Qəbələ” doğma meydanda "Sabah”ı qəbul edəcək. İlk dəfə bu raunda yüksələn qonaqlar yarımfinala adlamaq əzmindədirsə, “qırmızı-qaralar” növbəti dəfə 1/4 final səddini keçmək niyyətindədir.
Günün digər oyununda "Qarabağ” Azərbaycan kubokunun sonuncu qalibi "Keşlə”ni qəbul edəcək. Bu komandaların Premyer Liqadakı sonuncu duelində Ağdam klubu böyük hesabla qalib gəlib – 5:1.
Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.
Azərbaycan kuboku
1/4 final mərhələsi, ilk oyunlar
16 dekabr (bazar)
14:00. "Qəbələ” – "Sabah” - 1:0
Qol: Filip İvanoviç, 45-avtoqol
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
19:00. "Qarabağ” – "Keşlə” 1-0
Qol: Rahil Məmmədov, 65akimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu