UEFA Ermənistanı cəzalandırdı

UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb.

Newsport.az xəbər verir ki, qitə futbol qurumu sözügedən federasiyanı 18 min avro məbləğində cərimələyib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Cəzaya Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insidentə səbəb olublar. 

Qeyd edək ki, həmin matç Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, sözügedən komandanın tarixində ilk rəsmi qələbəsi olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right