Azərbaycan klubu ciddi islahatlar astanasında: 10-a yaxın futbolçu göndəriləcək

Azərbaycan çempionatının I divizionunda mübarizə aparan MOİK klubu ciddi islahatlar astanasındadır.  

Newsport.az-ın məlumatına görə, “hərbçilər” heyətində ciddi dəyişikliklər eədəcək.

Buna komandanın son oyunlarında futbolçuların gözlənilən səviyyədən aşağı çıxış etməsi səbəb olub.  Belə ki, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv qış fasiləsinə 1 tur qalmış gözlənilmədən “Qaradağ Lökbatan”a məğlub olub və liderliyi əldən verib. 

Əldə etdiyimiz məlumata görə, bu məğlubiyyət futbolçulara baha başa gələcək. Komanda rəhbərliyi fasilə ərəfəsində bir neçə futbolçu ilə yollarını ayıracaq. Təxminən 10-a yaxın futbolçunun “hərbçilər”in düşərgəsini tərk edəcəyi gözlənilir. 

Qeyd edək ki, MOİK 29 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right