Emeri: "Qarabağ"a qarşı oyundan razıyam"

"İlk öncə biz təcrübəli və gənc oyunçulardan ibarət komandada balans yaratmalı idik. Əgər yanında təcrübəli oyunçular varsa, o zaman yaxşı oynaya bilərsən. Çünki təcrübəli oyunçu meydanda nəyi necə etməli olduğunu deyəcək".

Newsport.az-ın xəbərinə görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la keçirilən oyundan sonra deyib.

İspaniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gələn komandasının oyunundan razı qaldığını bildirib: "Başa düşürdük ki, oyunçulara təcrübə lazımdır. Məsələn, Sokratis üçün bu oyunda oynamaq önəmli idi. Çünki bazar günü oynaya bilməyəcək. Lyakazett üçün bu görüşdə meydanda olmaq vacib idi. Futbolçularımın "Qarabağ"a qarşı nümayiş etdirdiyi oyundan razıyam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right